Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lerikin daha 3 kəndinə qaz verildi



Newscenter.az.15.11.2019. Bu gün Lerik rayonunun Cənginəvud, Vizəzəmin və Peştətük kəndlərinə təbii qaz verilib.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Cənginəvud kəndində 48, Vizəzəmin kəndində 79, Peştətük kəndində isə 49 fərdi ev mavi yanacaqla təmin olunub.

Ümumilikdə, Cənginəvud kəndində 3898 metr, Vizəzəmin kəndində 6926 metr, Peştətük kəndində isə 4940,5 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb.

Zaur
Xəbəri paylaş