Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb



Newscenter.az.22.11.2019
. Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri 72 nömrəli məktəb-liseydə bir qrup valideynlə görüşüb.

Nazirlikdən Newscenter.az-a verilən məlumata görə, nazir ümumi təhsil müəssisələrində məktəb proqramının yüklülüyü, şagird sıxlığı, növbəlilik, şagirdlər və şagird-müəllim-valideyn arasında olan münasibətlər, yeməkxanalara nəzarət və məktəbin fəaliyyəti ilə bağlı digər məsələləri valideynlərlə müzakirə edib.

Ceyhun Bayramov müvafiq istiqamətlərdə Nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir həmçinin məktəb-valideyn əməkdaşlığı, uşaqların tədris nailiyyətlərində valideynlərin rolu, məktəbdənkənar fəaliyyətin önəmini xüsusi vurğulayıb.

Görüşdə nazir valideynləri maraqlandıran sualları cavablandırıb, onların rəy və təkliflərini dinləyib.

Qeyd edək ki, Təhsil naziri yeni tədris ilindən məktəblərdə valideynlərlə mütəmadi görüşlər keçirir.
Xəbəri paylaş