Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“XXI əsr: ailə, qadın və uşaqlarla əlaqəli psixoloji problemlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək



Newscenter.az.20.11.2019. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi 6-7 mart 2020-ci il tarixlərində “XXI əsr: ailə, qadın və uşaqlarla əlaqəli psixoloji problemlər” mövzusunda beynəlxalq elmi konfransı həyata keçirəcək.

Newscenter.az xəbər verir ki, dünyanın, eləcə də Azərbaycanın bir sıra güclü psixoloq, loqoped və mütəxəssislərinin iştirakı nəzərdə tutulan konfrasda müvafiq sahənin bir sıra aktual məsələlərinə toxunulacaq, nəzəri və təcrübi müzakirələr aparılacaq.

Konfransın keçirilməsində əsas məqsəd Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilmiş və bu sahədə davamlı islahatlar aparılmışdır. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib.

Qeyd edək ki, ölkə başçısının Sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxış İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol Xəritəsindən irəli gələrək, ailə institutunun daha da gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, uşaqların hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranıb.

Konfransda yerli və beynəlxalq psixoloqlarla birgə bu gün ailələrdə yaranan psixoloji problemlər müzakirə ediləcək və onların həlli yolları konfrans iştirakçılarına aşılanacaq.

Aydan
Xəbəri paylaş