Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamı hədəfə alan "Barret M82-A1" silahı və Livandan gətirilən "Şuşanik" snayer qrupu-ŞOK FAKTLAR



Newscenter.az.21.11.2019. Bu günlərdə Qarakənd faciəsinin 28-ci ili tamam oldu. 1991-ci il, noyabrın 20-i tarixində baş verən həmin faciə zamanı onlarla dövlət və hökumət nümayəndəmiz, deputatlarımız erməni terrorunun qurbanına çevrildi.

Newscenter.az xəbər verir ki, 28 il əvvəl baş verən qanlı hadisə barədə bir sıra yeni faktlar üzə çıxaran araşdırmaçı jurnalist Zaur Əliyev deyib ki, həmin gün, 20 noyabr 1991-ci il saat 16.30-da mayor Kotov, kapitan Dolqov, leytenant Yalavenkodan ibarət ekipajın idarə etdiyi içərisində SSRİ və Azərbaycanın 22 nəfər tanınmış dövlət və ictimai xadimləri olan 3553 saylı hərbi hissəyə məxsus Ağdamda yerləşən bazadan "Mİ-8" N69 saylı helikopter hazırlanır:

"Maraqlıdır ki, ikinci bir helipoter- Mİ-8 N72 isə birincini müşayiət etməli idi. Xankəndində uçacaq olan Mİ-8 helikopterinə erməni tərəfi də minməli idi. Lakin qəfil gələn zəng erməniləri fikirindən daşındırır. Beləliklə, ikinci Mİ-8 N72 helikopter müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13:48-də birincinin əvəzinə havaya qalxır. Dövlət rəsmilərinin əksər hissəsinin bir helikopterdə təhlükəli zonadan keçməsi bəlli olduğu halda onların müşayət olunması qaydasına əməl edilmir. Bu da təhlükəsizlik qaydalarının açıq-aşkar pozulması demək idi. Onların hamısı bir helikopterdə idi. Sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir. Enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan "Mİ-82 N72 helikoperlə rabitə əlaqələri kəsilir. Radarlardan saat 14:05-də itən helikopterdə raketlə vurulduğu dəqiqə - 14:42-ni göstərir. İstintaq zamanı müəyyən edilir ki,"Mİ-8" N72 helikoper yola çıxarkən mühafizə üçün nəzərdə tutulmuş pulemyotlar, "PTURS" raketləri açılıb götürülmüş, hərbi helikopter adi bir yük nəqliyyatı kimi yola çıxmışdır. 2 saat sonra qəza yerinə gələn hərbiçilərin tələsik yoxlamasından sonra burada onlardan əvvəl kiminsə olması barədə məlumatdan sonra işə Rusiyadan gələn ekspretlər ciddi yanaşmırlar. Məlum olur ki, hadisə yerinə hərbiçilər gələnədək tamamilə talan edilib".

Zaur Əliyev qeyd edib ki, Azərbaycan televiziyasının müxbirlərinin cihazları, 12 tapança, qiymətli əşyalar və hətta helikopterin müəyyən bahalı cihazları yoxa çıxır:

"Qəza yerinə Azərbayacanın hökumət adamları saat 17-00-da çatırlar. O zaman televiziyada çıxış edən şahidlərdən bəziləri hadisə yerindən ağ rəngdə Niva markalı avtomobilin getməsini görürlər. Məlum olur ki, erməni generalı Qurgen Dalibaltayana məxsus ağ Nivada "Şuşanik" snayper qrupu olub. "Şuşanik" Livandan gətirilən içərisində erməni və zəncilər olan xüsusi snayperçi qadınlar dəstəsi idi". Zaur Əliyevin sözlərinə görə, bəzilər iddia edir ki, Qarakənd səmasında dövlət rəsmlərinin olduğu helikopteri guya bizim tərəf vurub: "Bu yanlış bir məlumatdır. 1991-ci ilin avqustun sonunda erməni terrorçu Monte Melkonyan Amerikadan Dağlıq Qarabağa gəlir. Bu barədə Markar Melkonyanın "Mənim qardaşımın yolu" kitabında da yazılır. Dağlıq Qarabağa gələn AVO-(Melkonyanın ləqəbi) özü ilə bərabər burada sistem quraşdırıb təzədən İrəvana geri qayıdır. Onun tapşırığı ilə Azərbaycan tərəfinin hərəkət marşrutları barədə operativ məlumat toplanılır və onun dəstəsinə təqdim edilir. Xankəndində yerləşən bütün erməni dövlət qurumları və məmurları AVO ilə daima təmasda idilər. AVO o zaman Moskvada hazırlanan və Levon Ter-Petrosyanla razılaşdırılmış sülh planından xəbərdar idi. Onun Qarabağa gəlməkdə əsas məqsədi hazırlanan və ilin sonuna qədər imzalanacaq sülh planını pozmaq idi. Bunun üçün də bir böyük həcmli plan hazırlanmalı idi ki, Azərbaycanla Ermənistanın əlaqəsi kəsilsin. Məhz özü ilə gətirdiyi Amerika istehsalı olan və fundamentalist qruplar, eləcə də terrorçular arasında geniş yayılmış, həmişə təhlükə doğuran biləcək "Barret M81-A1" və "Barret M82-A1" silahını Ağdam rayonunu hədəfə alan istiqamətdə quraşdırır. 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 kilometr məsafədə uçan təyyarələri, helikopterlərı, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan və kütləvi qırğın silahları cərgəsində gedən bu silah ASALA-nın Yaxın Şərqdə istifadə etdiyi "sevimli" silahı idi".
Ağdamı hədəfə alan "Barret M82-A1" silahı və Livandan gətirilən  "Şuşanik" snayer qrupu-ŞOK FAKTLAR

Zaur Əliyev bir çoxlarının guya İsmət Qayıbov və Məhəmməd Əsədovun sağ olması iddiasına da aydınlıq gətirib. Onun sözlərinə görə, 1998-ci ildə Cümşüd Nuriyev "Yeni Müsavat" qəzetinə açıqlamasında bildirmişdi ki, guya İsmət Qayıbovu Göyçə(Sevan) gölündəki bir adada saxlayırlar: "Bu iddianın davamı olaraq belə şayə gəzdi ki, Zülfü Hacıyev, general Məhəmməd Əsədov da sağdır və ermənistanda zəncirdə saxlanırlar. Bütün bunlar əssasız iddialardır. İsmət Qayıbovun meyidini müəyyən etmək onun sağ qolundakı saat və parıldayan ayaqqabılardan mümkün olub. Onun meyidini xərəkdə aparan zaman qəfil sağ qolu, meyidin üstünə sərilən odeyaldan kənara çıxır və bu zaman xərəyi daşıyan əsgərlərdən biri qorxuya düşür. O əsgər sonra bir müddət müalicə almalı olur. Təkrar edirəm İsmət Qayıbovun sağ olması iddiaları əsassızdır. Cümşüd müəllim də əsassız iddia edib. Bizim mərhum baş prokuror həmin qəzada şəhid olub. Onun üstündə kiçik İsrail istehsalı avtomatlarından olub. Eynisi də general Əsədovda olub. Onların meyidi tapılan zaman silahlar üstlərində olmayıb, ermənilər onları da götürüb aparıb. Hətta İsmət Qayıbovun əynində olan bahalı kürkü belə ermənilər aparıblar".
Xəbəri paylaş