Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

siyasətdə rəqiblərə qarşı söyüş və təhqirlər yolverilməzdir



Newscenter.az.2.12.2019. “Rafael Piriyevin ölkəyə deportasiyası və cəzalandırılması mütləqdi”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə Avropada mühacir həyatı yaşayan və haqqında deporatiya qərarı çıxarılan Rafael Piriyevin sosial şəbəkələr vasitəsilə hakimiyyətin ünvanına qeyri-etik ifadələr səsləndirməsinə münasibət bildirərkən qeyd edib. Partiya rəsmisi bildirib ki, siyasətdə rəqiblərə qarşı söyüş və təhqirlər yolverilməzdir:

“Bu söyüşlər ictimaiyyət qarşısında müxalifətçi kimi hər gün geniş auditoriya qarşısında edilirsə, bu xalqın siyasi müxalifətə etimadına zərbə vurur. Belə şəxslər cəzalandırılmalıdır ki, digərlərinə dərs olsun”.

Partiya rəsmisi deyib ki, xaricə gedib normal çərçivədə mübarizə aparmaq əvəzinə ən ağır şəkildə söyüşə üstünlük verilməsin:

“Azərbaycan xalqı milli mentalitetə və əxlaqi dəyərlərə önəm verən müdrik xalqdır. Azərbaycan siyasi camesində siyasi liderlər və fəal ictimai şəxslər heç vaxt siyasi opponentlərə qarşı bu cür metoddan istifadə etməyib. Rafael Piriyevin hərəkətləri siyasi məna daşımır və o, bir xuliqandı”.

Xosrov
Xəbəri paylaş