Bakıda daş karxanasında sürücü qətlə yetirildi
Tarix: 17-03-2020, 10:58
Newscenter.az.17.03.2020. Bakıda qətl hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə Qaradağ rayonunun Korgöz qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Əziz Qurbanovu qətlə yetirib. Onun meyiti idarə etdiyi “KamAZ” markalı yük maşınının yanında tapılıb.
Faktla bağlı araşdırma aparılır.