Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda yol təsərrüfatına ziyan vurulub



Newscenter.az.29.03.2020. Bakının Qələbə meydanındakı müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.

Bu barədə Newscenter.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yol ayrıcına çırpılıb. Nəticədə yol ayrıcında quraşdırılmış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb.

Hazırda Agentliyin əməkdaşları qəzanın nəticələrini aradan qaldırır. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Anar
Xəbəri paylaş