Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA ərzaq satışı məntəqələrində monitorinqlər keçirib



Newscenter.az.21.04.2020. Ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər davam etdirilir.

Newscenter.az xəbər verir ki, AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı maarifləndirici monitorinqlər keçirir.

Bu dəfə Agentlik yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə Şəki, Tovuz və Beyləqanda fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində monitorinq təşkil edib. Maarifləndirici monitorinq zamanı qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə termiki emal olunmadan və xüsusi təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının uyğun yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları ərzaq satışı məntəqələrində quraşdırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbirləri çərçivəsində indiyədək Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq respublikamızın bütün bölgələrində, eləcə də Şəki, Tovuz və Beyləqanda fəaliyyət göstərən müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub.

Orxan
Xəbəri paylaş