Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada COVID-19 qurbanlarının sayı 180 mini ötdü



Newscenter.az.22.04.2020. Dünyada koronavirus qurbanlarının sayı 180 013 nəfərə çatıb.

“Report” xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (45 356), İtaliya (24 648), İspaniya (21 717), Fransa (20 796) və Böyük Britaniyada (18 100) qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda COVID-19 qurbanlarının sayı 20 nəfərdir.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 2 588 000 mini keçib, 706 423 nəfər isə infeksiyadan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş