Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaxtında görülən tədbirlər ölkəmizdə yoluxma hallarının məhdudlaşdırılmasına təminat verdi



Newscenter.az.27.04.2020. “Bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir. Belə ki, koronavirus (COVID-19) infeksiyası sürətli şəkildə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi statistikaya baxsaq xəstəliyin yaratdığı fəsadlar kifayət qədər ciddidir. Newscenter.az xəbər verir ki, bu fikirləri “İlham Əliyevin Könüllüləri” İctimai Hərakatının təsisçisi Teymur Əliyev səsləndirib.

Onun sözlərinə görə, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər ölkəmizdə yoluxma hallarının məhdudlaşdırılmasına təminat verdi:

“İndiyə qədər müxtəlif vaxtlarda üzləşdiyimiz qlobal iqtisadi böhranlardan Azərbaycan Respublikasının minimum itkilərlə çıxaraq yenidən böyük inkişafa nail olması cənab prezidentin düşünülmüş siyasətinin və vaxtında atdığı addımların real nəticələridir. Azərbaycan vətəndaşı olaraq biz də daim cənab prezidentin ətrafında sıx birləşib, bu dövrdə dövlət başçısına daha da yaxın olmalıyıq. Bunu nəzərə alaraq düşündük və qərara gəldik ki, cənab prezident İlham Əliyevi dəstəkləyən “İlham Əliyevin Könüllüləri” İctimai Hərakatını yaradaq”.

Teymur Əliyev bildirib ki, əsas məqsəd bu qlobal problemdə Azərbaycan vətəndaşları olaraq ölkə prezidenti ətrafında sıx birləşmək, aparılan siyasəti dəstəkləmək və sosial şəbəkələrdə aktiv şəkildə Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarını təbliğ etməkdir:

“Həmçinin məqsədimiz Cənab Prezidentin çağırışına qoşularaq "Biz birlikdə gücluyük!" aksiyası çərçivəsində könüllü olaraq aztəminatlı ailələrə köməklik görsətməkdən ibarətdir. Hazırda aksiyamıza minlərlə vətəndaş qoşularaq öz dəstəklərini verirlər. Bu böyük sınaq günlərində canab prezidentə, xalqımız qarşısında göstərdiyi böyük xidmətlərə görə Azərbaycan vətəndaşları olaraq təşəkkür edib, işlərində uğurlar arzu edirik”.
Xəbəri paylaş