Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusdan ölənlərin sayı 220 mini ötdü



Newscenter.az.29.04.2020. Dünyada koronavirus qurbanlarının sayı 220 414 nəfərə çatıb.

“Report” xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (59 819), İtaliya (27 682) və İspaniyada (24 275) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 3 200 000-ə yaxınlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş