Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrinin döyüş atışlı təlimi keçirilib-video



Newscenter.az.2.07.2020. Əlahiddə Ümumqoşun Ordunun reaktiv raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən, yaylım atəşli reaktiv sistemlər “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.

Şərti düşmənin fəaliyyətinin yerüstü kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları ilə izlənildiyi təlimdə yaylım atəşli reaktiv sistemlərdən planlı və plandankənar hədəflərə qurğu, batareya və divizionlar tərkibində atışlar icra edilib.

Təlimin senarisinə uyğun olaraq, ehtiyat mövqelərə yerdəyişmə edən bölmələr yeni aşkar olunmuş hədəfləri məhv ediblər.

Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası mövzusunda keçirilən təlimdə tapşırıqlar uğurla yerinə yetirilib.
Xəbəri paylaş