Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın güclü ordusu var - QHT SƏDRİ



Newscenter.az.14.07.2020. Bu gün Azərbaycanın güclü ordusu var və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutaraq hücuma keçməyə cəhd göstəriblər.

Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat tədbirlər nəticəsində düşmən itki verərək geri otuzdurulub. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusunun qətiyyətli cavabı ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Dünənki təxribat son vaxtlar Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o, cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə Toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla bağlı xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi və bu təşəbbüsün də dünyanın 130 dövləti tərəfindən dəstəklənməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən qüvvələi ciddi narahat etməsi və eyni zamanda Paşinyan hakimiyyətinin həm beynəlxalq ictimayyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində ölkəni səmərəsiz idarə etmələrindən doğan problemlərdən diqqəti yayındırmaq idi. Belə ki, o, dəfələrlə belə fəndlərdən istifadə edib. Hazırda Paşinyan çox ağır daxili vəziyyətə düşüb, ona qarşı müxalifət partiyalarının vahid bloku yaranır, hakimiyyəti qəsb etməkdə, ölkənin idarəçiliyindəki səriştəsizlikdə, koronavirusla mübarizəni yarıtmaz aparmaqda ittihamlar səsləndirilir. Belə bir vəziyyətdə Paşinyan ictimaiyyətin diqqətini öz problemlərindən yayındırmağa çalışırdı. Amma bu da baş tutmadı. Əksinə öz cinayətkar əməlləri ilə növbəti dəfə öz xalqını ağır itkilərə məruz qoydu. Sosial mediada yayılan görüntülərə əsasən, paytaxt İrəvanda mülki şəxslərlə polis arasında qarşıdurma yaşanır.Məlumata görə, əhali Müdafə Nazirliyi binası qarşısında ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən insident barədə dəqiq informasiya və ölənlərin meyitini, həmçinin saylarının açıqlamasını tələb edir.Fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər, Paşinyan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialarını ironiya ilə qarşılayırlar. İyulun 12-də baş vermiş hadisə bütün xalqımız tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirməsi, Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinə çoxlu sayda gənclərimizin könüllü olaraq döyüşə getmək üçün müraciət etməsi cəmiyyətimizdə vətənpərvərlik hissinin yüksək olduğunu bir daha nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəli deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq, cəbhə bölgəsinə getmək çağırışları ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbul olunmazdır.Bu cür təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Bu gün Azərbaycanın güclü ordusu var və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

“ Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliynin sədri - Gülayə Səfərova
Xəbəri paylaş