Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişdi



Newscenter.az.26.07.2020
. Azərbaycanda daha bir həkim təhlükəli COVID-19 infeksiyasının qurbanı olub.

Bu barədə Newscenter.az-a tibb işçiləri məlumat verib.

Məlumata görə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Zərifə Səfərova koronavirusdan vəfat edib. Z.Səfərovada bir neçə gün əvvəl koronavirusa yoluxma aşkarlanıb.

Qeyd edək ki, Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 30 nəfərə çatıb. Daha bir azərbaycanlı həkim də ölkədən kənarda COVID-19-un qurbanı olub.

Anar Tağıyev
Xəbəri paylaş