ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Diasporla İş üzrə DK-nın binasında biodezinfeksiya keçidi quraşdırılıb

11-08-2020, 13:14



Newscenter.az.11.08.2020. Artıq bir neçə gündür ki, Diasporla İş üzrə Dövlət Komitəsi binasının giriş qapısında biodezinfeksiya keçidi quraşdırılıb.

Newscenter.az bildirir ki, məqsəd COVİD 19 pandemiyasının davam etdiyi bir şəraitdə insanların sağlamlığını daha effektiv qorumaqdır. Binaya daxil olan hər kəs keçiddən keçərkən temperaturu müəyyən olunur və mikrodamçı ilə dezinfeksiya edilir.

Bu proses keçiddən keçən insanların öz üzərində virus daşıma ehtimalını minimuma endirir.

Mütəxəssislər bildirir ki, dezinfeksiya məhsulu sağlamlıq üçün zərərsizdir.

Qeyd edək ki, pandemiya başlayandan bu günə qədər Komitənin binası mütəmadi olaraq dezinfeksiya olunur, işə gələn əməkdaşlar maska taxılması, temperaturun ölçülməsi və sosial məsafənin saxlanması qaydalarına ciddi əməl edirlər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR