Aİ Belarusdakı prezident seçkilərinin nəticələrini tanımadı
Tarix: 19-08-2020, 18:32
Newscenter.az.19.08.2020. “Aİ Belarus hakimiyyətinin elan etdiyi prezident seçkilərinin nəticələrini qəbul etmir”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarusla əlaqədar keçirilən sammitdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.