Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ərazi bütövlüyünün təmin olunması üçün mübarizə aparır – MOK vitse-prezidenti Çingiz Hüseynzadə



Newscenter.az.26.10.2020. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi ilə görüşüb.

Newscenter.az-a MOK-dan bildirilib ki, görüşdə MOK vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan hazırda torpaqlarının azadlıq müharibəsi dövrünü yaşayır.”30 ildir ki, münaqişə Beynəlxalq Təşkilatların masasının üstündəydi. Danışıqlar prosesində fəal iştirak edən Azərbaycan üçün sülh prosesi “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi ilə bitdi.” Biz ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün mübarizə aparırıq deyən Çingiz Hüseynzadə Azərbaycanın məsələnin beynəlxalq hüquq və prinsiplər çərçivəsində həll etdiyini bildirib. Dünya ictimayyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləyir bildirən MOK rəsmisi Yaponiya höküməti və xalqının ədalətin və sülhün tərəfində olduğunu da qeyd edib.

Səfir Vada Cuniçi Yaponiya ilə Azərbaycanın strateji tərəfdaş olduğunu məmnunluqla vurğulayaraq ölkələrimiz arasındakı münasibətlərin belə səviyyəyə çatmasında iki ölkə arasındakı səmərəli əlaqələrin mühüm rolunu qeyd edib. O sülhsevər dövlət olan Yaponiyanın məsələnin Beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına ümid etdiyini bildirib. Tərəflər Yaponiya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün iqtisadi, siyasi və digər sahələrlə yanaşı idman əlaqələrinin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə bundan sonra Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində aparılacaq qarşılıqlı əməkdaşlıq imkanlarına dair də müzakirələr aparilib.

Sevinc
Xəbəri paylaş