Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın humanitar atəşkəs çağrısına atılan raket



Newscenter.az.27.10.2020. "Ermənistanın Bərdəyə atdığı raket əsasən, Trampın humanitar atəşkəs çağrısına atıldı".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ABŞ Ermənistanın Bərdəyə atdığı raketlərin nəticəsində mülki insanların öldürülməsi barədə dərhal məlumatlandırılmalıdır:

"Vaşinqtonda əldə olunan humanitar atəskəs Ermənistan tərəfindən növbəti dəfə fiaskoya uğradı. Bərdəyə atılan raket Cenevre danışıqlarına Yerevanın hazır olmadığını göstərdi. Ermənistan tərəfi Trampın vasitəçiliyinin üstündən xətt çəkdi".

Politoloq deyib ki, Azərbaycan tərəfi artıq Kəlbəcər, Laçın və Şuşanın ermeni terrorçularından və Ermənistanın işğalçı ordusundan təmizləyəcək:

"Müharibənin yeni mərhələsi başlayır və bu "dağlarda döyüş" olaraq Azərbaycan əsgərinin yeni taktikası ilə erməni hərbiçilər darmadağın ediləcək".

Mehman
Xəbəri paylaş