Bakı Şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarıldı
Tarix: 14-11-2020, 13:21
Newscenter.az.14.11.2020. Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.
Polis general-mayoru Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.