Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əfqanıstanın Azərbaycana təyin etdiyi yeni səfir Bakıya gəlib



Newscenter.az.14.11.2020. Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına təyin etdiyi yeni Fövqəladə və Səlahiyyətli Səfiri Amanullah Ceyhun Bakıya gəlib.

“Report” xəbər verir ki, o, bu təyinatadək Əfqanıstan Xarici İşlər Nazirliyinin İdarə rəisi vəzifəsində çalışıb.

Amanullah Ceyhun Əfqanıstanın Türkiyə Respublikasında və Avstraliyada səfiri olub. Bununla yanaşı, ölkəsinin Malayziya, Almaniyadakı nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb. Səfir ingilis, türk, ərəb, fars, özbək dillərini bilir. Amanullah Ceyhun həm də Əfqanıstanın Gürcüstanda səfiri kimi fəaliyyət göstərəcək.
Xəbəri paylaş