Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan: "Bizlər tək ürək, tək bilək olduğumuz müddətdə dəf edə bilməyəcəyimiz bir əngəl yoxdur"



Newscenter.az.15.11.2020
. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasında səfərdə olarkən yenidən Azərbaycanın mövcud vəziyyətinə toxunub.yaxın günlərdə Azərbaycana səfər edəcək.

Newscenter.az xəbər verir ki, Türkiyə Prezidenti Şimali Kipr Türk Respublikasının elanının 37-cı ildönümü münasibətilə Lefkoşada çıxışı zamanı deyib ki, Azərbaycan Ordusu 28 il ərzində işğalda olan ərazilərini 44 gündə işğaldan azad etdi.

Türkiyə Prezidenti qeyd edib ki, azərbaycanlılar tədricən öz yurd-yuvalarına qayıdırlar:

"Bizlər tək ürək, tək bilək olduğumuz müddətdə Allahın izni ilə bacara bilməyəcəyimiz bir çətinli, dəf edə bilməyəcəyimiz bir əngəl yoxdur".

Mehman
Xəbəri paylaş