Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Parisin meri erməni lobbisinin tam nəzarətindədi

Parisin meri erməni lobbisinin tam nəzarətindədi


Newscenter.az.17.11.2020. Yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır.
Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır və erməni lobbisinin tam nəzarətindədir.

Parisin meri Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır, müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan Fransız ermənilərinin təşkilatı CCAF-ın ( Fransa erməni təşkilatlarının koordinasiya şurası) rəhbəri Ara Toronyanın qızıdır. Anna İdalqo 2015-2018-ci illərdə Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşüb

Ermənistanda yaradılmış TUMO- Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidəki ofisində də olub.

Paris meri seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanırdılar.

Ann İdalqo 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi tədbirdə Emanuel Makronla birlikdə iştirak edib. Fransada erməni kilsəsinin açılışında iştirak edib və qondarma “erməni soyqırımı” ilə dəfələrlə tvitlər paylaşıb.

P.S. Paris Fransada həm şəhər, həm də departamentdir. Parisin meri eyni zamanda Paris Şurasına rəhbərlik edir. Digər inzibati ərazi vahidlərdən fərqli olaraq, paytaxt şəhər tam inzibati azadlığa malik deyil.

Paris Fransanın polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu tək şəhərdir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir.

Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etditi “İrəli Fransa” partiyası Şurada geniş şəkildə təmsil olunur. Bir sözlə proses Fransa hakimiyyəti, şəxsən Emanuel Makron tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur.

Yeganə Hacıyeva-müstəqil ekspert

Xəbəri paylaş