Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Gürcüstan ordusunu yeni maddi-texniki vasitələrlə təmin edib



Newscenter.az.27.11.2020. Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrini yeni maddi-texniki vasitələrlə təchiz edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Gürcüstan ordusuna hərbi-mühəndislik və logistika imkanlarının artırılması məqsədilə 12 ədəd çoxfunksiyalı zirehli ekskavator-yükləyici və 35 ədəd avtobus təqdim olunub.

Yeni texnikalarının alınması Gürcüstan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Rəsmi təqdimetmə mərasimində Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan iştirak edib.

Nazir Gürcüstanın Müdafiə Qüvvələrinə göstərilən dəstəyə görə türkiyəli səfirə minnətdarlığını bildirib.
Xəbəri paylaş