Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-nun rektoru Vətən müharibəsində iştirak edən tələbə ilə görüşüb



Newscenter.az.18.12.2020. Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Vətən müharibəsində iştirak edən tələbə İlkin Fərzəliyevlə görüşüb.

Newscenter.az-a təhsil ocağından verilən xəbəeə göerə, rektor bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə ilə hər bir azərbaycanlı qürur duyur. Vilayət Vəliyev İlkin Fərzəliyevin işğaldan azad olunmuş Suqovuşanda bayraq qaldırması videosunu fəxrlə izlədiyini deyib. Rektor AzTU-nun Vətən müharibəsində iştirak edən hər bir tələbə və məzunu ilə qürur duyduğunu da diqqətə çatdırıb.

R.Mehdiyeva
Xəbəri paylaş