Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMqT-nin Azərbaycan nümayəndəliyi keçən il 57 nəfərə nağd və 391 nəfərə qeyri-nağd şəkildə yardım edib



Newscenter.az.15.01.2021. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (AVRR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmağa davam edir.

Qurumdan Newscenter.az-a verilən məlumata görə, 2020-ci ildə AVRR layihələri çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi 57 nəfərə nağd və 391 nəfərə qeyri-nağd şəkildə yardım edib.

Göstərilən müddətdə 15 şəxsə tibbi yardım, 32 şəxsə müvəqqəti mənzil təminatı, 35 şəxsə kiçik biznesin qurulması, 112 şəxsə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları) və 1 şəxsə təhsil yardımı verilib.

BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü olaraq qayıdan şəxslərə və onların ailələrinə fayda gətirməyi hədəfləyən gəlir mənbəsinin yaradılması ilə bağlı yardımlardır. 2020-ci ildə AVRR layihələri çərçivəsində qayıdanlara əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib. Qayıdan şəxslər BMqT-nin köməyi ilə kiçik təsərrüfat (heyvandarlıq), xidmət sektoru, ticarət və kiçik istehsal sahələrində sahibkarlıq fəaliyyətlərini qurub.

Anar
Xəbəri paylaş