Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Könül Nurullayeva seçiciləri ilə növbəti görüşünü keçirib-FOTOLAR



Newscenter.az.10.02.2021. Millət vəkili Könül Nurullayeva Nizami rayonunda seçiciləri ilə görüşləri davam etdirir.

Newscenter.az-a Könül Nurullayevanın Deputat Qərargahından daxil olan məlumata görə, karantin qaydalarına uyğun olaraq, seçici qəbulları səyyar formatda davam edir. Belə görüşlərdən biri Q.Qarayev prospekti ev 30/42, 32, 46, 62, 66 və 68, Əzimzadə küçəsi 34/60, K. Balakişiyev küçəsi 57 və 61, Rüstəmov küçəsi 25/63, 27 və 29 saylı binalarda yaşayan sakinlərlə olub. Onları narahat edən məsələlər dinlənilib, problemləri həll etmək aiddiyyatı qurumlara qısa zamanda ünvanlamaq məqsədilə qeydiyyat aparılıb.

Məlum olub ki, bir sıra binalarda uzun illərdir istilik sisteminin olmaması, su təchizatında yaşanan narahatlıqlar, məhəllələrdə su sayğaclarının quraşdırılması, kanalizasiya problemi, bloklarda və bina fasadında təmir-bərpa işləri, qurumuş ağacların budanması və liftlərin təmir edilməsi və s. sakinləri narahat edən məsələlərdir.

K.Nurullayeva bildirib ki, bir neçə gündən sonra növbəti məhəllələrdə də səyyar görüşlər davam etdiriləcək.

Anar

Xəbəri paylaş