ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Xaliq Faiqoğlu" şirkəti müharibədə iştirak edən işçilərinin ezamiyyə pulunu vermir

1-03-2021, 14:00

"Xaliq Faiqoğlu" şirkəti müharibədə iştirak edən işçilərinin ezamiyyə pulunu vermir


Newscenter.az.1.03.2021. "Xaliq Faiqoğlu" şirkəti müharibədə iştirak etmiş əməkdaşlarının ezamiyyə pulunu verməmək üçün müxtəlif bəhanələr gətirir, bunu açıqlamasında müharibədə iştirak etmiş amma adlarının anonim saxlanmasını istəyən şirkət əməkdaşları bildirib.

"Müharibə başlayanda könüllü olaraq şirkət tərəfindən ayrılmış avtobusları sürmək üçün razılıq verdik. Bu zaman bizə ezamiyyə vərəqəsi verildi.Lakin ezamiyyə pullarımız şirkət tərəfindən ödənilmir. Bununla bağlı "Xaliq Faiqoğlu" şirkətinin rəhbəri Faiq Seydivov iclas keçirib bizə ezamiyyə pullarının verilməməsindən xəbərsiz olduğunu bildirdi və ən qısa zamanda pullarınız ödənəcək deyə qeyd etdi. İndi isə şirkət pullarımız verməmək üçün müxtəlif bəhanlər gətirir".

Anews.az fevralın 9-da bu şikayəti ilk dəfə işıqlandırmaq istədiyi zaman "Xaliq Faiqoğlu" şirkətinin mətbuat xidmətindən Nizam Rzayevlə əlaqə saxlayıb. Məsələylə bağlı saytımızın sualına qarşı tərəf belə cavab olaraq bildirib ki, "bu haqda mümkünsə yazmayın və icazə verin araşdırım" .

Ancaq üstündən 20 gün keçsə də hələlik şirkət tərəfindən cavab ala bilməmişik.

Vəkilə müraciət edən şikayətçilər onu da bildirilib ki, əgər şirkət ezamiyyə vərəqəsi veribsə, ezamiyyə pulunu da verməyə məcburdur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR