Prezident İlham Əliyev: "Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatını müsbət qarşılayır"
Tarix: 12-03-2019, 13:06
Newscenter.az.12.03.2019. "Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır".
Bunu Prezident İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edən zaman deyib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb.