Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMEA-da yeni təyinat



Newscenter.az.9.10.2021. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna direktor əvəzi təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bu vəzifənin icrası institutun direktor müavini Baba Məhərrəmliyə tapşırılıb.

B.Məhərrəmli məlumatı "Report"a təsdiqləyib.

Qeyd edək ki, B.Məhərrəmli akademiyada elmi fəaliyyətə 1996-cı ildən başlayıb. Müxtəlif illərdə institutun Türk dilləri şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş еlmi işçi vəzifələrində çalışıb. 2015-ci ildə elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.

O, 2008-ci ildə Türk dilləri ixtisası üzrə dosent elmi adını alıb. Prezident yanında Elmin İnkişaf Fondunun eksperti və Dil Komissiyasının üzvüdür. B.Məhərrəmli 2017-ci ildə “İlin gənc alimi” ali media mükafatına layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu olub. O, oktyabrın əvvəlində vəzifəsindən azad edilib və AMEA prezidentinin müşaviri təyin olunub.
Xəbəri paylaş