Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın 12 ölkəsi sərhədlərinə divardan sədd çəkir



Newscenter.az.9.10.2021. "Yunanıstan, Avstriya, Polşa və Macarıstan da daxil olmaqla Avropa İttifaqının 12 ölkəsi sərhədində divar hörmək üçün qurumdan maliyyə yardımı istəyib. Bu ölkələr divarın hörülməsiylə sərhədlərinin qaçqın axınından qorunacağını düşünürlər. Ancaq minlərlə kilometr sərhədlərə divarların hörülməsi böyük maliyyə tələb edir. Ona görə də bu ölkələr Brüsseldən maliyyə vəsaiti tələb edirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, keçmişdən bizə böyük Çin səddi, “soyuq müharibədən” isə Berlin divarı qalmışdı:

"Hər ikisi vaxtilə sərhədi düşmənlərdən qorumaq üçün inşa edilmişdi. Demək ya orta əsrlərə, ya da “soyuq müharibə” illərinə qayıdırıq. Ancaq divar hörmək istəyən dövlətləri qınamaq da olmur. Miqrant axınının sonu görünmür, Avropa özünü miqanrtlardan qorumaq istəyir. Türkiyə də İranla sərhəddə divar hörüb ki, qanunsuz keçidlər olmasın".

Mehman
Xəbəri paylaş