Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda məktəb binası qəzalı vəziyyətə düşdü, şagirdlər digər məktəblərə köçürüldü



Newscenter.az.9.10.2021. Oktyabrın 11-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Bakı Şəhəri üztə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib ki, bu qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəlı tam orta məktəbin binasını qəzalı vəziyyətə salması səbəbindən verilmişdir.

Qeyd edək ki, normal tədris mühitinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.

R.Mehdiyeva
Xəbəri paylaş