Newscenter.az.9.10.2021. Hadrutun işğaldan azad edilməsi qondarma qurumun geydirmə “sərhədlərini” dağıtdı, Ermənistanın dilinə gətirdiyi və sırımağa çalışdığı “status arqumentini” çökdürdü,
Son 30 ildə ilk dəfə idi ki, Azərbaycan Ordusu qondarma qurumun “ərazisi” kimi elan etdiyi torpaqlarımıza daxil oldu,
Hadrutun işğaldan azad edilməsi və hərbi qələbə Ermənistan ordusunun dirəncini qırdı, “soyuq duş” effekti yaratdı, 44 günlük hərbi qələbəmizin əsas hadisələrindən birinə çevrildi,
Hadrutun strateji coğrafi mövqeyini nəzərə alaraq işğaldan azad edilməsi digər əməliyyatların uğuru üçün qapı açdı,
Hadrut əməliyyatı unikal hərbi əməliyyat idi, igid Azərbaycan əsgərinin hərbi hazırlığının yüksək səviyyədə olduğu göstərdi,
Hardut əməliyyatı Şuşanın işğaldan azad ediləcəyinin ilk və ən böyük xəbərçisi idi.
İnidi nə etməli? Bu qəsəbəmizin kiçik, amma gözəl bir şəhərə çevirmək üçün addımlar atmalıyıq. Keçən ilin bu günündə yazdığöım fikirdə israrlıyam: Hadrutda ölkənin ən böyük və nüfuzlu Universiteti açılmalı, tələbə şəhərciyinə çevrilməsi üçün addımlar atılmalıdır. Hadrutda olan dostların və mütəxəssislərin fikrinə görə, oranı 120-150 minlik çəhərə çevirmək mümkündür, bunun üçün ərazi, resurslar və münbit şərait var. Hadrut kimi stateji məkanda 120-150 minlik şəhərin olması Qarabağın dağlıq hissəsində məskunlaşmanın təməlini təşkil edəcək, iqtisadi imkanlar yaradacaq, şəhərin özü-özünü dolandırmasına səbəb olması ilə yanaşı, ətraf yaşayış məntəqələri üçün də iqtisadi fürsətlər üçün cəlbedici mərkəzə çevriləcək. Bundan başqa hər iki icmanın birgə yaşaması üçün Hadrut simvolik önəmə malik olan şəhər ola bilər.
Qolumuzu çirmələməli, daha qəliz, amma effektiv idarəetmə sistemi qurub ölkəmizin inkişafına nail olmalıyıq. Azərbaycan xalqı buna qadirdir! Eşq!
Natiq Cəfərli-"REAL" Partiyasının sədr müavini