Newscenter.az.9.10.2021. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə məcburi köçkünlərin 30 illik yurd həsrətindən danışıb.
Dövlətimizin başçısı deyib ki, onlar nə qədər əzab-əziyyət çəksələr də, sınmayıblar, möhkəm dayanıblar. Bunu söyləyərkən ölkəmizin rəhbərinin mütəəssir olması onunla söhbətləşən türkiyəli jurnalisti də təsirləndirib. Müsahibənin bu anı xüsusilə geniş ictimai rezonans doğurub.
Newscenter.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə, hər zaman onların müraciətlərinə, problemlərinin həllinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdardırlar.
Dövlətimizin başçısının müsahibəsinə münasibət bildirmək istəyən məcburi köçkünlərlə söhbət əsasında hazırladığımız videoçarxları təqdim edirik.
Sevinc