Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ŞOK-Mahir Cavadov Arif Paşanı öldürmək üçün killer tutub



Newscenter.az.9.10.2021. "Mahir Cavadov! Mən dəfələrlə sənə və sənin yaxınlarına xəbər göndərib sənin murdar xislətinə uyğun hərərəkətləri dayandırmağını xahiş etdim. Sənə dünyanın istənilən nöqtəsində təkbətək görüşüb münasibətləri araşdırmağı təklif etdim . ( Silahlı və s...) Laçın camaatına və millətimizə xələl gəlməməsi üçün hər addımı atdım".

Newscenter.az xəbər verir ki, bu fikirləri keçmiş Laçın korpusunun komandiri, Birinci Qarabağ müharibəsi iştirakçısı Arif Paşa sosial şəbəkədə Mahir Cavadova ünvanladığı müraciətdə qeyd edib. O bildirib ki, məni öldürmək üçün Mahir Cavadov killer tutub: "Zəhərləmək üçün aşbaz tapdın, bir PKK-çının əli ilə məni həbs elətdirib 4 - də ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham irəli sürdürdün. İran və rus nökəri! Dayandır bu murdar oyunlarını".

Arif Paşa daha sonra bunları qeyd edib: "Sənə Rövşən Cavadovun ruhu xatirinə hörmət qoydum. Başa düşmədin. Səninlə və sənə nökərçilik edənlərlə dünyanın istənilən yerində üz - üzə gəlməyə hazıram. Tək gələcəyəm! Haraya desəniz. Özünü kişi sayırsansa buyur. Sən məni , mən də səni yaxşı tanıyıram. Bu söhbət bitməlidir. Tanıdığım bir evdən arvad paltarı geyinib qaçmış birisinin mənə ittiham irəli sürməsi tək mənə yox, millətə təhqirdi"..

Mehman
Xəbəri paylaş