Ölkədə 9 milyona yaxın vaksin vurulub
Tarix: 9-10-2021, 14:51
Newscenter.az.9.10.2021. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 890 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 074 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 962 945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 877 452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 085 493 təşkil edir.