Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq deputat partiya sədrini təhqir etdi: "Üzdəniraqla oturub-durmuş bir adama necə baxırlar?

Sabiq deputat partiya sədrini təhqir etdi: "Üzdəniraqla oturub-durmuş bir adama necə baxırlar?


Newscenter.az.9.10.2021. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə arasında qarşılıqlı ittihamlar davam edir.

Teleqraf.com xəbər verir ki, ittihamlara səbəb Hafiz Hacıyevin bir müddət öncə şeyxi və onun qudası Hacı Qalibi İran agentləri adlandırması olub.

Qalib Salahzadə buna cavab olaraq mətbuata açıqlamasında partiya sədrinin “Azərbalıq" Dövlət Konserninin sədri olan zaman korrupsiya ilə məşğul olduğunu və buna görə həbs edildiyini deyib. Əlavə edib ki, QMİ sədrinə qarşı ittihamlar səsləndirən Hafiz Hacıyev və ABŞ-da yaşayan Rəsul Quliyev özləri müxtəlif dövlətlərin agentləridir.

Sabiq deputatın bu sözləri Hafiz Hacıyevin daha sərt ifadələr işlətməsinə səbəb olub. O, son açıqlamasına Hacı Qalibi hədəf alaraq deyib: “Qalib Salahzadə dələduzun biridir. Onun haqqında çox söz demişəm. Vaxtilə Qalibi döymüşəm, həbs etdirmişəm. Səviyyəsizin biridir. O, Hacı titulunu hardan, necə alıb, bəlli deyil. Məni hamı tanıyır, bir neçə dəfə prezidentliyə namizəd olmuşam. Qalib Salahzadə isə vətəndaşları incidir, Bakı kəndlərindən birini hasarlayıb, heç kimi buraxmır. Tərbiyəsiz adamlar haqqında çox söz deməyə ehtiyac yoxdur".

Doğrudanmı, Hafiz Hacıyev Hacı Qalibi döyüb? Bu suala aydınlıq gətirmək üçün sabiq deputatla əlaqə saxladıq.

“Həyatda nə mən Hafiz Hacıyevi, nə də o məni görüb. O, “Azərbalıq" Dövlət Konserninin sədri olan zaman Bakı kəndlərində soyğunçuluqla, dilənçiliklə məşğul olurdu. Nardaran, Bilgəh, Pirşağı, Kürdəxanı kəndlərində onu yaxşı tanıyırlar. İndi deyir ki, Hacı Qalibi döyüb. O məni döyə bilər? Onun dilini kəsib başına oyun açaram. Deməli, məni hələ yaxşı tanımır. Məni Hafiz Hacıyev deyil, İsgəndər Həmidov həbs etdirmişdi. Lazım olsa, bu barədə ətraflı danışaram ”.

Qalib Salahzadə onu da qeyd etdi ki, Hafiz Hacıyevin özünün səviyyəsinin və şəxsiyyətinin müzakirəyə ehtiyacı var: “Onu hər kəs yaxşı tanıyır. Mən onun haqqında danışanda, xahiş edirlər ki, ona baş qoşmayım, səviyyəsizin biridir. Amma bir məqamı mütləq deməliyəm.

Hafiz Hacıyev müsahibəsində etiraf edir ki, üzdəniraq Serj Sərkisyanla bir yerdə, bir kabinetdə olublar. Sərkisyanın üzdəniraq olduğunu ona Melkomyan deyib. Bu adam bilə-bilə ki, Sərkisyan üzdəniraqdır, yenə onunla bir yerdə olub. Belə bir adama nə deyəsən? Hafiz Hacıyev özü də türmədə yatıb. Üzdəniraqla oturub-durmuş bir adama türmədə necə baxırlar?

“Vor zakonlar” yaxşı bilirlər, belələrinin yeri türmədə harada olur. Mən də türmədə olmuşam. 22 nəfərlə bir yerə salmışdılar məni. Hamısı ölüm işinə görə içəridəydi. Yəqin ki, Hafiz Hacıyev də özü kimi olanlarla bir yerdə “srok” çəkib”.
Xəbəri paylaş