Newscenter.az.9.10.2021. Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun tikintisi işlərinə start verilib. Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, avtomobil yolu işğaldan azad edilmiş ərazilərin inkişafında mühüm rol oynayacaq. 4 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 22 km təşkil edəcək.
Yolun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq h/hissənin eni 9 və 6 m., yatağın eni isə 13 və 10 m. Olacaq.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Yolun ilk 1.8 km-lik hissəsində artıq asfaltlanma işləri icra olunub.
Digər hissələrdə layihəyə uyğun olaraq torpaq yatağı tikintisi icra olunur. Layihəyə uyğun yol boyu yeni suötürücü borular quraşdırılacaq. İncəçay üzərində yeni avtomobil körpüsü inşa olunacaq.
Yolun inşa edilməsi ilə Tərtər şəhərindən əlavə Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq
Sevinc