Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu zəfər İrəvana, Zəngəzura və Göyçəyə dinc yolla qayıdış üçün tarixi zəmindir

Bu zəfər İrəvana, Zəngəzura və Göyçəyə dinc yolla qayıdış üçün tarixi zəmindir


Newscenter.az.10.10.2021. Keçən il xalqımızln 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərlə işğal altındakı torpaqlarımız azad olunaraq, nəinki çoxəsrlik tariximizin ən yeni mərhələsinin şərəfli səhifələri qızıl hərflərlə yazıldı. Eymi zamanda təkcə son iki yüz il ərzində, daha doğrusu 1805-ci ildə imzalanmış Kürəkçəy müqaviləsindən XX əsrin son onilliyində Qarabağın işğal olunduğu günədək Azərbaycan xalqına qarşı həyata küçirilmiş tarixi ədalətsizliyə son qoyulmuşdu.

Ötən iki yüz il ərzində erməni faşizminin və onu dəstəkləyən qüvvələr tərədilmiş azərbaycanlıların tarixən əzəli və əbədi torpaqlarında qurulmuş bugünkü qondarma Ermənistan dövlətinin ərazisində xalqımızın minillər boyu yaratmış olduğu və dünya mirasının tərkibi olan qeyri-maddi və mədəni irsimizin davamlı olaraq, vandalcasına dağıdılması, islam mədəniyyətinin məhv edilməsi durduruldu və ifşa edildi. Eləcə də, eyni siyasətin otuz ilə yaxın müddətdə işğal altında olan Qarabağ torpaqlarında davam etdirilməsinə son qoyuldu. Ötən bu illərdə bu azərbaycanafob, türkofob, islamofob barbar siyasətin tərkibi kimi Herodotdan Dədə Qorqudadək butün tarixi və coğrafi toponimlər erməniləşdirilibdir. Məgz keçən il qazandığımız bu əzəmətli Qələbə bütün bu ədalətsizliyə və vəhşiliyə son qoymaqla bərabər, yeni tariximizi. bərpasını zəruri etmişdi.

Bu mənada erməniləşmə siyasətinin XX əsrin Sovet dövründə daha geniş vüsət alması siyasətni də məhz vahid siyasətin tərkibi adlandırmaq olar. Möhtərəm Prezidentimizin istər II Qarabağ mqharibəsinə, istərsə də Vətən müharibəsindən sonra prinsipiallıqla dəfələrlə tarixçilərə, alimlərə, bütövlükdə ziyalılara və gənclərə üzünü tutaraq, saxtalaşdırılmış gerçək tariximizin nəinki unudulmaması, eləcə də bərpasını günümüzün ən zəruru məsələlərindən biri olduğunu bildirmişdir. O, İrəvanı, Göyçəni, Zəngəzuru əcdadlarımızın məskəni adlandırmış və mütləq o torpaqlara gedəcəyimizi cəsarətlə dünyaya bəyan etmişdir. Bugünlərdə birinci ildönümünü qeyd edəcəyimiz Zəfər bayramı həm də hər bir azərbaycanlının qarşısında yeni daha məsuliyyətli vəzifələr müəyyən edir. Sovet dövründə məqsədli olaraq xalqımıza sırımış olduqları bəzi süni tarixin nəticəsidir ki, 70 il ərzində Azərbaycanın tarixi və ayrılmaz torpağı olan Qarabağ ərazisi hər zaman çox ağır münaqişə və mübahisə obyektinə çevrilmişdir ki, bunun nəticəsində 20 faiz torpağımız mənfur erməni təcavüzü nəticəsində işğal altında olmuşdur. Sözsüz ki, artıq Azərbaycan xalqıının öz tarixinə yenidən sahib çıxması, tarixi həqiqətlərin və gerçəkliyin bərbası üçün geniş imkanlar yaratmışdır. Xüsusi vurğulamaq lazımdır ki, keçən il Vətən müharibəsində müzəffər Ordumuzun rəşadəti və şücaəti dünyaya sübut etdi ki, xalqımız böyüklüyü, qədimliyi, zəngin tarixini və bəşər mədəniyyətinə verdiyi miailsiz töhfələri ilə daha böyük coğrafiyaya malik olmuşdur.

Qeyd etmək lazımdır ki, bu il tarixi Zəfərimizin bir illiyi ərəfəsində həm də ilk dəfə olaraq 18 oktyabr Dövlət Müstəqilliyimizin bərpasının 30 illiyini də təntənə keçiririk. İlk dəfədir ki, bu tarixi günü xalqımız alnı açıq, üzüağ qeyd edir. Tarixi qələbəmiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən baxılmasının zamanın ehtiyacı və tarixi zərurət kimi dəyərləndirilir.

Bugünlərdə yeni dövrün yeni vəzifələri və məsuliyyətindən qaynaqlanaraq Milli Məclisdə bəzi qanunlarda düzəlişlər ediləcəkdir. Kiçik, amma çox əhəmiyyətli olan bu düzəlişləri tarixi hadisələrin həqiqəti daha doğru əks etdirən düzəlişlər adlandırmaq olar. Belə ki, bugünədək qeyd etdiyimiz 28 May Republika gününün 28 may Müstəqillik günü, eləcə də 18 oktyabr tarixinin Müstəqilliyin bərpası günü adlanmdırılması tam olaraq tarixin və o tarixdə baş verən hadisələrin mahiyyətini özündə etiva edir. Milli Məclisdə müzakirə olunacaq bu Qanun layihəsi haqqında ictimaiyyətin fikirlər örənilmiş və müvafiq mütəxəsislər tərəfindən müsbət rəylər və şərhlər alınmışdır.

Qeyd etmək istərdim ki, əslində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulasında 18 oktyabr Müstəqillik Günü adlandırılmışdır və təkrar olaraq bir daha vurğulamaq istərdim kimi mahiyyətcə də müstəqilliyin bərpası ideyası əsasında qurulmuşdur. 1991-ci il 30 avqust tarixində Azərbaycan Respublikası Ali Sovetin qəbul etdiyi Bəyannaməsi də məhz "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə adlanır.

Bu mənada Milli Məclisdə qəbul olunacaq qanun layihəsi də boşluq və ziddiyyətlərin nizama salınmasından ibarətdir.Analoji olaraq, bu düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında hüquqi-siyasi varisliyin daha dəqiq və aydın şəkildə ifadə olunmasını təmin edir.

Qanun layihəsində qeyd edilən kimi 28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması tarixinə əsaslanır. Bu isə özlüyündə bir daha respublikamızln ərazi bütövlüyünü bərpa etmiş çağdaş Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Bildiyimiz kimi, bu varisliyin sübutudur ki, 1918-ci ildə qurulmuş Xalq Cumhuriyyəti dövründə qəbul edilmiş bütün dövlət atributları 18 oktyabr 1991-ci il tarixində müstəqilliyimizin bərpası ilə müqəddəs əmanət kimi çağdaş müstəqil dövlətimizin dövlət atributları olaraq qəbul olundu. Yekun olaraq, əminliklə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin yaratmış olduğu imkanlar və uzunmüddətli perspektiv xalqımızın, xüsusilə əcdadları bə tarixi kökü bilavasitə Qərbi Azərbaycanla bağlı olan həm vətənlərimizin tarixi torpaqlarımiza İrəvana, Zəngəzura və Göyçəyə dinc yolla qayıdışı proseslərini gücləndirməklə daha da sürətləndirəcəkdir.

Məlahət İbrahimqızı-Milli Məclisin deputatı
Xəbəri paylaş