Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Tarix: 10-10-2021, 13:07
Newscenter.az.10.10.2021. Ermənistanın müdafiə naziri Arşak Karapetyan bu gün Rusiyaya yol düşüb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Müdafiə naziri Arşak Karapetyan oktyabrın 10 -da Rusiyaya işgüzar səfərə gedib”, - məlumatda deyilir.
Nazirlik Arşak Karapetyanın gündəliyi ilə bağlı ətraflı məlumat verməyib.













































