Newscenter.az.10.10.2021. "Ölkə vətəndaşlarının gündəlik problemlərinin həlli məsələlərini, onların sosial rifahının daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insanlara münasibəti hər birimiz üçün örnəkdir. Hər bir vəzifəli şəxsdən vətəndaş problemlərinə diqqətlə yanaşılmasını tələb etməklə yanaşı, bu sahədə özü də onlara nümunə göstərən, həssas kateqoriyadan olan vətəndaşlarımıza - şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğı nümayiş etdirən cənab Prezidentin bu istiqamətdə apardığı siyasət mənim fəaliyyətimdə prioritetdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, ölkə başçısının yürütdüyü siyasətə dəstək olaraq vətəndaşlarımızın problemlərinin həlli üçün bacardığını əsirgəmir, onların aradan qaldırılması üçün səy göstərir:
"Seçicim Rzayev Mirdamət Hacıağa oğlu Birinci Qarabağ müharibəsi veteranıdır, Salyan şəhərində yaşayır. “Qarabağ veteranları, şəhid ailələri, müharibə veteranları” İctimai Birliyinin Salyan şöbəsinin fəal üzvlərindən biridir. Abdullayeva Vəfa Vədayət qızı isə Salyan rayonunun fəal gənclərindən biridir".
Jalə Əhmədova qeyd edib ki. rayonda keçirdiyi qəbul zamanı Mirdamət Rzayev və Vəfa Abdullayeva ona müraciət edərək problemlərinin həllində yardımçı olmağımı xahiş ediblər:
"Müvafiq araşdırmalardan sonra səlahiyyətlərim çərçivəsində problemlərin aradan qaldırılmasına nail oldum. Bu günlərdə hər iki seçicim təşəkkür üçün rayonda keçirdiyim qəbula gəlmişdi".
Ruhiyyə