Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mənəvi Dəyərlərin Təbliği Fondunun 4 yaşı tamam olur



Newscenter.az.10.10.2021. Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və kollektivi Fondun yaradılmasının 4 illiyi münasibəti ilə Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, eləcə də 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

Bu barədə məlumatı Newscenter.az Fonda istinadən verib.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb.

Mehman
Xəbəri paylaş