Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QORXULU PROQNOZ: Son 50 ilin ən yüksək ölüm halı bu qış gözlənilir



Newscenter.az.10.10.2021. Hər il orta hesabla 11 min insanın qripdən öldüyünü qeyd edən ingiltərəli mütəxəssislər bu il qripə yoluxma hallarında böyük artım olacağını açıqlayıblar.

Alimlərin araşdırmalarına görə, son 50 ildə qeydə alınan ən yüksək ölüm halı bu qış gözlənilir.

Tibb Elmləri Akademiyasının araşdırmalarında bildirilir ki, karantin tədbirləri nəticəsində qripə qarşı immunitetin zəifləməsi səbəbindən 60 min insan ölə bilər.

Bu ilki qripin 1968-ci ildə Honk Konqdan İngilətərəyə yayılan qripdən daha yoluxucu və ölümcül olacağı hesab edilir.

Artıq ABŞ əhalini qrip əleyhinə peyvənd olunmağa çağırır. teleqraf.com
Xəbəri paylaş