Newscenter.az.11.10.2021. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6 677 nəfər vəfat edib. 12 452 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 575, bu günə qədər isə ümumilikdə 4 958 312 test icra olunub.