Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hulusi Akar: "Buna qətiyyən icazə vermərik"



Newscenter.az.11.10.2021. Yunanıstanda son dövrlərdə bəzi ölkələrin təşviqi ilə bir silahlanma sevdası başladı. Bu cür cəhdlərlə Türkiyəyə qarşı heç bir üstünlük əldə edilə bilinməyəcək və bu fəaliyyətdən vaz keçin”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar səsləndirib.

O bildirib ki, rum yönətimi adada yüz illərdir davam edən Türk varlığını yox saymaq istəyir:

“Türk varlığını qəbul etmədən hər hansı bir həll variant əldə edə bilməzsiniz. Buna qətiyyən icazə vermərik. Bu heç bir şəkildə mümkün deyil. Bütün haqq və hüquqlara sahib iki bərabər dövlətdən bəhs edirik. Məqsədimiz, mövqeyimiz budur. Yalnız bu formatda görüşlər olacaq və dövlətlər öz daxillərində həyatlarını davaç etdirəcəklər”.

Hulusi Akar onu da diqqətə çatdırıb ki, Türkiyə Yunanıstanla problemləri beynəlxalq hüquq çərçivəsində, normal qonşuluq münasibətləri əsasında həll etməyə üstünlük verir.

Mehman
Xəbəri paylaş