Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rabitəçilər qan verdi



Newscenter.az.11.10.2021. Azərbaycan Telefon Rabitəsinin 140 illik yubileyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Qan verək, vursun ürək!” şüarı ilə qanvermə aksiyası keçirilib.

Newscenter.az xəbər verir ki, nazirliyin inzibati binasında təşkil olunan aksiyada nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev də iştirak edib.

Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə keçirilən ənənəvi qanvermə aksiyasına nazirliyin aparatının və struktur bölmələrinin əməkdaşları da qoşulublar.

Karantin rejimi qaydalarına uyğun şəraitdə keçirilən aksiya zamanı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb. Tibbi müayinədən sonra onlardan qan götürülüb.

Aksiyada ümumilikdə 32 nəfər qan donoru olub. Yığılan qan ehtiyatı yoxlanılaraq Qan Bankına təhvil veriləcək.

Sevinc
Xəbəri paylaş