Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aeroport yolunda qəza törədən yük avtomobilinin 19 yaşlı sürücüsü saxlanılıb



Newscenter.az.13.10.2021. Bakının aeroport yolunda sərnişin avtobusuna çırpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, o, 2002-ci il təvəllüdlü, Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğludur.

Həmin şəxs şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.
Xəbəri paylaş