Newscenter.az.13.10.2021. 13-16 oktyabr tarixlərində Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq yan yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Newscenter.az xəbər verir ki, məlumatı Avtomobil Yolları Dövlət Agentliyi yayıb.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş edir.
"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".
Mehman