Newscenter.az.13.10.2021. "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin və "Diplomatiya Könüllüləri"nin tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "ASAN Könüllülərinin Diplomatiya Günləri" layihəsi çərçivəsində rəsmilərlə görüşlər davam edir.
Newscenter.az xəbər verir ki, növbəti görüş Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə baş tutub.
"Azərbaycan - Pakistan münasibətləri" mövzusunda baş tutan görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyinə dəstək olan ölkələr arasında Pakistan İslam Respublikasının olmasının heç də təsadüfi olmadığını vurğulayan səfir ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi haqqında layihə iştirakçılarına geniş məlumat verib.
Bundan əlavə səfir 2021-ci ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri tərəfindən imzalanmış “Bakı Bəyannaməsi”nin əhəmiyyətindən bəhs edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Sevinc