Ərdoğan Afrika ölkələrinə səfər edəcək
Tarix: 13-10-2021, 16:26
Newscenter.az.13.10.2021. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 17-də Afrika ölkələrinə səfər edəcək.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, o, Anqola, Toqo və Nigeriyada olacaq.
Dövlət başçısının turnesi dörd gün çəkəcək.
Bu, dövlət başçısının Afrika ölkələrinə ümumilikdə 30-cu səfəri olacaq.