Şuşada ilk modul tipli xəstəxana açılıb
Tarix: 13-10-2021, 16:39
Newscenter.az.13.10.2021. Şuşada ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.
Şuşa Modul Tipli Xəstəxana 6 palatadan ibarətdir.
Xəstəxanada təcili yardım, laboratoriya, reanimasiya və cərrahiyyə xidmətləri göstəriləcək.
Bu, Qarabağda açılan ilk modul tipli tibb müəssisəsidir.